İranda ötən sutka ərzində 344 nəfər koronavirusdan (COVID-19) ölüb.

Unikal.org xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 117 526 nəfərə yüksəlib.

Ölkədə ötən sutka ərzində 17397 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda COVID-19-a yoluxanların sayı 5 442 232 nəfərə çatıb.