Qazaxıstan, Sovet İttifaqının dağılmasından sonra Rusiya ilə birlikdə istifadə etməyə başladığı beynəlxalq telefon kodunu 7-dən 997-yə dəyişməyə qərar verib. 

Unikal.org xəbər verir ki,  Qazaxıstan Rəqəmsal İnkişaf və İnnovasiya  naziri Bağdat Musin sosial media hesabında 997-ni ölkəsinin Beynəlxalq Telekommunikasiya Birliyində yeni beynəlxalq telefon kodu olaraq ayırdıqlarını açıqlayıb. 

Sovet İttifaqının dağılmasından sonra həm Qazaxıstanda, həm də Rusiyada 7 beynəlxalq zəng kodunun qeydə alındığını ifadə edən nazir, "Qazaxıstanın öz beynəlxalq telefon koduna sahib olması üçün il ərzində apardığımız danışıqlar müsbət nəticələrlə nəticələndi. İndi ölkəmizdən xaricə zəng edəndə Qazaxıstan sözü ekranda əks olunacaq"-, deyə  bildirib. 

Qazaxıstanın 2023-cü ildən etibarən yeni beynəlxalq telefon koduna keçməsi planlaşdırılır.