Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Unikal.org xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən Aynurə Cəfərovanı "Hyundai" markalı avtomobil vurub. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.