Xəbər verdiyimiz kimi,  Zelenskinin köməkçisinin avtomobili avtomat silahlardan atəşə tutulub. Hadisə nəticəsində avtomobil sürücüsü 3 güllə yarası alıb. Hazırda polis atəş açanları tapmaq üçün xüsusi əməliyyat keçirir.

Unikal.org xəbər verir ki, bu  barədə Ukrayna DİN-i məlumat yayıb.  Bildirilir ki,  Zelenskinin köməkçisi sağdır. 

***12:33

Ukrayna Prezidenti Vladimir Zelenskinin müşaviri Sergey Şefirə qarşı sui-qəsd təşkil olunub.

Unikal.org xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Şefirin sürücüsünün yaralandığı bildirilir.