Dövlət Ekoloji Ekspertiza Agentliyinə daxil olan sosial-infrastruktur və abadlıq işləri ilə bağlı tikinti layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi və müvafiq rəyin verilməsi məqsədilə 24 sentyabr 2021-ci il tarixində onlayn ictimai dinləmə keçiriləcək. 

Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov Unikal.org-a bildirib ki, ictimai dinləmədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işğaldan azad olunmuş ərazilərdə icra edilən yol infrastruktur layihələrinə ekoloji ekspertiza rəyinin verilməsilə bağlı müzakirələr aparılacaq.

“İctimai dinləmədə iştirak etmək istəyənlər 24 sentyabr 2021-ci il tarixində saat 14:00-da aşağıdakı linkə daxil olaraq müzakirələrə qoşula bilərlər”.

https://us05web.zoom.us/j/88698358795?pwd=YnpRTGkxSmYwSGJMbERiYVpNYk1rdz09

Seymur Əli