Gürcüstanın təşəbbüsü ilə GUAM çərçivəsində strateji kommunikasiyalar üzrə işçi qrup yaradılacaq.

Unikal.org xəbər verir ki, bu barədə qərar təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində baş tutan iclasında qəbul olunub.

Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib ki, toplantıda “GUAM +” formatında, digər tərəfdaşlarla, beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq müsbət qiymətləndirilib. XİN başçıları Gürcüstanın GUAM-a sədrliyi dövründə əsas prioritetlərdən olan digər ölkələr və təşilatlarla əməkdaşlıq perspektivlərini də nəzərdən keçiriblər.

İclasda siyasi, sahəvi və parlamentlərarası əməkdaşlıq daxil olmaqla, təşkilatın gündəliyində duran əsas məsələlərin müzakirəsi də aparılıb.