Cəlilabadda yaşayış evi tamamilə yanıb.

Unikal.org xəbər verir ki, rayonun Çünəxanlı kəndində Akif Yavər oğlu Ağayevə məxsus ev yanıb. Küləkli hava şəraiti yanğını daha da alovlandıraraq, 144 kv/m olan kürsülü birmərtəbəli evin (çiy kərpic və taxta konstruksiyalardan ibarət) əşyaları ilə birlikdə yanmasına səbəb olub.

Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və 3 texnikası cəlb olunub. Yanğın lokallaşdırılıb və söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır..