Fransa prezidenti Emanuel Makronla Amerika lideri Cozef Bayden arasında telefon danışığı olub.

Unikal.org xəbər verir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb.

Belə ki,  liderlər iki ölkə arasında etimadın qurulması üçün şərait yaratmağa yönəlmiş geniş ikitərəfli məsləhətləşmə prosesinə başlamaq qərarına gəliblər. Onlar oktyabrın sonunda Avropada görüş keçirməyi razılaşdırıblar.

Dövlət başçıları, həmçinin Avstraliya, Britaniya və ABŞ-ı da əhatə edən yeni təhlükəsizlik ortaqlığının (AUKUS) yaradılmasını müzakirə ediblər.