Avstraliyanın Viktoriya əyalətində inşaat sənayesində çalışanlara yeni növ koronavirus əleyhinə peyvənd öhdəliyinin qoyulmasına qarşı etiraz aksiyaları keçirilib.

Unikal.org xəbər verir ki, paytaxt Melburnda nümayiş keçirən 200-dən çoxx etirazçı saxlanılıb. 

Viktoriya əyaləti polis rəisinin müavini Ross Quenser bildirib ki, nümayişlər əsnasında polisə fiziki şiddət göstərən 200-dən çox etirazçı nəzarətə alınıb. 

Nümayişlər zamanı 3 polis zabiti xəsarət alıb. 

Bundan əlavə, Quenser məcburi peyvəndləməyə qarşı etiraz edib polislə toqquşanları "tamamilə hörmətsizlik" kimi qiymətləndirib, mövcud COVID-19 qadağalarını pozan 300 nümayişçiniN də cərimələndiyini nəzərə çatdırıb. 

Qeyd edək ki, Avstraliya Prezidenti Greg Melik etirazçıların hərəkətlərini "millət üçün rüsvayçılıq" olaraq xarakterizə edib.  

Qeyd edək ki. etirazların davam edəcəyi istisna edilmir. 

Ağarza Elçinoğlu