"Səhər saatlarında övladlarını məktəbə gətirən valideynlərin avtomobillərini təhsil müəssisələrinin qarşısında saxlaması yollarda sıxlıq yaradır".

Bunu Unikal.org-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, xüsusilə pik saatlarda, təqribən 07:45-dən 08.15-ə qədər yaranan sıxlıqlar məhz təhsil müəssisələrinin qarşısından keçən, ümumi istifadədə olan yollarda zolaqlar üzrə cərgələnmə tələblərinin pozulması ilə əlaqəlidir.

Bölmə rəisi bildirib ki, valideynlər dayanma-durma qaydalarına riayət etməlidirlər: "1 dəqiqə deyib, "uşaq düşürürəm" düşüncəsi ilə digər hərəkət iştirakçılarına maneə yaratmasınlar".

Murad İbrahimli