Azərbaycan Turizm və Menecment Universitetində (ATMU)  Prive Steak Gallery-nin  sturuktur rəhbərləri: direktor Fuad Novruzlu , ümumi koordinator Ziyaettin Alamur və insan resursları üzrə aparıcı mütəxəssis Şəhla Miriyeva qonaq olublar. 

Adıçəkilən müəssisənin səlahiyyətli nümayəndələri ilə görüşdə ali təhsil müəssisəsi olaraq ATMU-da beynəlxalq təhsil sisteminə, universitet-sənaye əməkdaşlığına xüsusi önəm verildiyi diqqətə çatdırılıb. Tələbə kontingentində öyrənmə mədəniyyətinin inkişaf etdirilməsi ilə bərabər, rəqabətədavamlı əmək bazarının tələblərinə cavab verən səriştəlilik amilinin əhəmiyyətli olduğu bildirilib.

Ziyaettin Alamur isə söhbət əsnasında Prive Steak Gallery-nin fəaliyyəti, həyata keçirilən layihələr, xidmətlərə dair ümumi məlumatları  diqqətə çatdırıb.
Görüşün sonunda ATMU və Prive Steak Gallery arasında həyata keçiriləcək əməkdaşlıq əlaqələri çərçivəsində tələbə və məzunlar üçün təcrübə və iş imkanları, təlimlərin təşkili və s. əsas istiqamətlər üzrə razılıq əldə olunub.

Azərbaycan Turizm və Menecment Universitetində baş tutan görüşdə universitetin rektor müşaviri Elvin Yusifli, Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov, Karyera və kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədova və adıkeçən şöbənin baş mütəxəssisi Elnurə Əliyeva iştirak ediblər.