"Düşünürəm ki, Türkiyə dərhal qoşunlarını geri çəkməlidir".

Unikal.org xəbər verir ki, bu barədə Suriyanın xarici işlər naziri Faysal Mikdad bildirib. 

"Beynəlxalq ictimaiyyət, öz növbəsində, Suriyanın işğal edilmiş şimal bölgələrini azad etmək səylərini dəstəkləməlidir",- deyə qeyd edib. 

O, son olaraq Suriyanın İdlib bölgəsindəki son gərginliyə diqqət yetirib. Mikdad hesab edir ki, eskalasiyanın əsas səbəbi Türk "işğalı" və Türk tərəfinin oradakı qruplara göstərdiyi dəstəkdir.