ABŞ Prezidenti Co Bayden gələn ayın sonunda Romaya gedəcək.

Unikal.org xəbər verir ki, Birləşmiş Ştatların rəhbəri Romada keçirilməsi planlaşdırılan G20 sammitinə qatılmaq üçün İtaliyaya səfər edəcək. 

Məlumata görə, dövlət başçısı gələn ayın sonunda Romada keçiriləcək G20 sammitində iştirak etməyi, daha sonra isə noyabrda Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı Konfransına getməyi planlaşdırır. 

Qeyd edək ki, G20 sammitinin 30-31 oktyabr tarixlərində İtaliyanın paytaxtında keçirilməsi nəzərdə tutulub. 

Onu da deyək ki, Baydenin Avropaya səfəri çərçivəsində Fransa prezidenti Makronla görüşmək ehtimalı da var. 

Ağarza Elçinoğlu