Türkiyə ilə Ukrayna arasında müdafiə sahəsindəki əməkdaşlıq genişlənir.

Unikal.org xəbər verir ki, artıq məşhur “Bayraktar TB2” PUA-ları Ukraynada istehsal ediləcək.

Bu barədə ölkənin xarici işlər naziri Dmitri Kuleba məlumat verib.

Onun sözlərinən görə, hazırda müvafiq hazırlıq işləri aparılır. Bu məqsədlə, ilk öncə Ukrayna ərazisində istehsal müəssisəsi qurulacaq.

XİN rəhbəri ölkəsinin təkcə adıçəkilən PUA-ların alışında deyil, həm də istehsalında maraqlı olduğunu bildirib.