Ermənistanın hüquq-mühafizə orqanları, xüsusən də İstintaq Komitəsi, bu günlərdə hazırda Ermənistan Müdafiə Nazirliyində çalışan yüksək rütbəli məmurları sorğu-suala çağırır.

Unikal.org xəbər verir ki, bir çox yüksək rütbəli şəxs artıq Müdafiə Nazirliyindən uzaqlaşdırılıb. 

 Bildirilib ki, istintaq zamanı onlar konkret olaraq 44 günlük Qarabağ müharibəsində məğlubiyyətin mümkün günahkarları haqqında sorğu-suala cəlb olunub. 

Sorğu-sual edilən məmurlara, əsasən, 44 günlük müharibədə qondarma qurumun rəhbəri Arayik Arutyunyanın günahkar olub-olmadığı və ya məğlubiyyətə səbəb olan hansı addımı atdığı haqqında istintaq edilir. 

Qeyd edək ki, 44 gün davam edən müharibə zamanı biabırçı məğlubiyyət və onun səbəbləri, kütləvi fərarilik, eləcə də özbaşınalıqlara görə 800-dən çox adam günahlandırılır.

Ağarza Elçinoğlu