Dünyanın ən yaşlı adamı olaraq qeydə alınan və 300 yaşında olduğu iddia edilən pakistanlı qadının videosu sosial mediada gündəm yaradıb.

Unikal.org xəbər verir ki,  diqqət çəkən görüntülərdə  qadının 300 yaşında olması  insanları  təəccüləndirib. Lakin qadının  ailəsi və  qonşuları onun uzun illərdir yaşadığını dilə gətirib. 

Qadının doğum tarixinin olmaması  və  həddindən artıq yaşlılığı insanlarda maraq  yaradıb. Sosial mediada paylaşılan görüntülərdə  izləyicilər,  "Bu qadın ölməyi  unudub",  "300 il yaşamaq olar?"  kimi şərhlərlə  təəccüblərini bildiriblər.