Azərbaycan diasporu BMT-nin baş qərargahı önündə Anım Gününə həsr olunmuş aksiya keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Unikal.org-a verilən məlumata görə, 27 sentyabr-Anım Gününə həsr edilən aksiya Azərbaycan-Nyu York Assosiasiyasının təşkilatçılığı ilə baş tutub. Aksiyada Amerika Birləşmiş Ştatlarının Nyu-York, Vaşinqton, Meyn və Texas ştatlarında yaşayan azərbaycanlı icmasının üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Nyu-York Assosiasiyasının rəhbəri Ercan Yerdələnli BMT-dən, qətnamələrə məhəl qoymayan təcavüzkar Ermənistana qarşı sərt addımlar atılmasını tələb etdiklərini diqqətə çatdırıb.
Azərbaycan, Türkiyə və ABŞ-ın dövlət bayraqlarının yanaşı dalğalandırıldığı dinc aksiyada Nyu-York icmasının üzvləri və gənclər çıxış edərək BMT-dən ədalət tələb etdiklərini vurğulayıb, dünya birliyini Ermənistanın haqsız və ədalətsiz mövqe tutan lobbiçilərini dəstəkləməməyə, dövlətlərin ərazi bütövlüyünün müdafiəsinə qalxmağa, separatçı, qondarma rejimlərin hərbi cinayətlərinə şərik olmamağa çağırıblar
Azərbaycanlılar BMT-nin baş qərargahı önündə aksiya keçirdi
10:05 26-09-2021
SİYASƏT
Digər Xəbərlər
2024-04-25 00:10:24
2024-04-24 22:55:29
2024-04-24 21:08:03
2024-04-24 20:47:26
2024-04-24 20:34:58
2024-04-24 20:15:12
2024-04-24 18:38:19
2024-04-24 18:30:42
2024-04-24 18:27:16
2024-04-24 16:22:24
2024-04-24 14:04:48
2024-04-24 13:52:25
2024-04-24 13:08:14
2024-04-24 11:48:41
2024-04-24 11:36:59
2024-04-23 23:04:43