Almaniyanın Hessen federal əyalətinin qərbində kiçik təyyarə qəzaya uğrayıb.

Unikal.org xəbər verir ki, polisin məlumatına görə, qəza Butzbax şəhəri ilə aerodrom arasındakı Vetterau rayonunda baş verib.

Qəza nəticəsində 2 nəfər dünyasını dəyişib. Onların hər ikisinin Baden-Vürttemberq federal əyalətinin sakinləri olduğu bildirilir. 

Hadisənin səbəbi hələ müəyyən edilməyib. Faktla bağlı araşdırma aparılır.