"Suriya Demokratik Qüvvələri"nin terrorçuları Suriyanın Haseke əyalətindəki məktəbdən 15 müəllimi qaçırıblar.

Unikal.org xəbər verir ki, döyüşçülər Qamışlı şəhərinin bir neçə yaşayış massivinə basqın edərək 15 məktəb müəllimini şəhərdə tətbiq olunan komendant saatını pozduqları bəhanəsi ilə naməlum istiqamətə aparıblar. 

Qeyd edilib ki, bundan əvvəl sözügedən əyalətdə ümumtəhsil məktəblərinin bağlanmasına etiraz olaraq aksiya keçirilmişdi.