Gürcüstanda 3,7 bal gücündə zəlzələ baş verib.

Unikal.org Gürcüstanın Birinci kanalına istinadən xəbər verir ki, saat 19:07-də qeydə alınan yeraltı təkanların episentri Oni şəhərindən 7 kilometr cənub-şərqdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.