"Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, biz düşməni torpaqlarımızdan qovduq. Bu gün Azərbaycan xalq müzəffər xalq kimi yaşayır, bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz daim müzəffər xalq, qalib dövlət kimi yaşayacağıq".

Unikal.org xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.