Qərbi Avropada eynicinsli evliliyin qadağan edildiyi nadir ölkələrdən biri olan İsveçrədə bu gün referendum keçirilir.

Unikal.org xəbər verir ki,  Federal hökumət və parlament  eynicinsli nümayəndələrin evlənməsi barəsində  qanunu təsdiqləsə də, müxalifət bu mövzuda referenduma çağırış edib. 

Son araşdırmalara görə, İsveçrəli insanların əksəriyyəti eynicinsli evliliklərə meyllidir. Sorğularda respondentlərin 63 faizi referenduma "hə" səs verəcəyini söyləsə də, son həftələrdə "yox" deyənlərin sayında artım müşahidə olunur.

Səsvermənin nəticələrinin yerli vaxtla saat 22:30 elan ediləcək. 

Referendum bəli olarsa,  eynicinsli cütlüklərə  sperm bağışlaması yolu ilə uşaq sahibi olmağa icazə veriləcək.