ABŞ-ın Qərbi Virciniya ştatında təyyarə qəzaya uğrayıb.

Unikal.org xəbər verir ki,  Federal Aviasiya Administrasiyasından verilən məlumata görə,   tək mühərrikli "Beechcraft C23" təyyarəsinin Fayetteville hava limanından havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğradığı bildirilib. 

Hadisə  nəticəsində  3  nəfər  ölüb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.