Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, Qaçqınlar və Əhali Komitəsinin məruzəçisi, irlandiyalı deputat Paul Qavanın hazırladığı hesabat bu gün AŞPA-nın payız sessiyasında qəbul edilib.

Unikal.org xəbər verir ki, hesabatda ölənlər, itkin düşənlər və yaralılar, hərbi əsirlər, əsir olduğu iddia edilənlər, mina və partlamamış hərbi sursatlar, köçkünlər, mədəni irs və s. mövzular yer alıb.

Hesabatda həmçinin, qısa və uzun müddətli humanitar nəticələr əldə etmək və Ermənistanla Azərbaycan arasında sülh, barışıq prosesinə doğru addım atmaq üçün tövsiyələr də irəli sürülüb.

Hesabatda Avropa Şurası da daxil olmaqla, beynəlxalq ictimaiyyət hər iki ölkəyə kömək etməyə təşviq edilib.

Müzakirə zamanı avstriyalı deputat Stefan Şennak Ermənistanı mina xəritələrini Azərbaycana verməyə çağırıb.