Sentyabrın 29-da Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycana səfər edəcək.

Bu barədə Unikal.org-a Gürcüstanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Qeyd olunub ki, İ.Qaribaşvili birgünlük səfəri çərçivəsində Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasınn iclasında iştirak edəcək.

Bundan başqa, onun baş nazir, parlamentin spikeri və digər rəsmi şəxslərlə görüşləri gözlənilir.