MOOCAO-nun rəhbərliyi və təşkilatçılığı ilə buraxılış işlərinin və magistr dissertasiyalarının XXX beynəlxalq baxış-müsabiqəsi keçirilib.18-25 sentyabr tarixlərində Rusiya Federasiyasının Tambov şəhərində keçirilən müsabiqəyə Rusiya, Qazaxıstan, Moldova və digər ölkələrdən yüzlərlə iştirakçı qatılıb.

Unikal.org xəbər verir  ki,  müsabiqədə Azərbaycan Memarlıq və İnşaat Univeritetini (AzMİU) Memarlıq fakültəsinin   müəllimləri Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının baş müəllimi İlqar Əliyev, Dizayn kafedrasının baş müəllimi Fəridə Qasımova, Memarlıq fakültəsinin bakalavar və magistr səviyyəsi üzrə təhsil alan tələbələri də təmsil ediblər. Buraxılış işləri yüksək qiymətləndirilən tələbələrimiz MOOCAO-nun 1(7 iş bakalavr, 4 iş magistr), 2 (13 iş bakalavr) və 3-cü (3 iş bakalavr, 1 iş magistr) yerlərinə layiq görülüblər.