Sosial şəbəkələrdə şəhid polkovnik-leytenant Mehman Qənbərovun ailəsinin yaşadığı evin görüntüləri yayılıb.

Belə ki, evin şəraiti yaşayış üçün əlverişli vəziyyətdə deyil. Hətta evin uçuq durumda olması yaşayış üçün təhlükəlidir. 

Məsələ ilə bağlı Bərdə Rayon İcra Hakimiyyətindən Unikal.org-a bildirilib ki, sözügedən xəbərlə bağlı aidiyyatı qurumlara məlumat verilib. 

Könül Oruc