Türkiyəli məşhur aktrisa Bensu Soral boşanır.  

Unikal.org xəbər verir ki, 2018-ci  ildə  həmkarı  Hakan Başla  dünya evinə  girən aktrisa bununla bağlı məhkəməy müraciət  edib.  Bir müddətdir ayrı  yaşayan cütlük boşanma  barəsində  yayılan xəbərləri əsassız  adlandırmışdı. Lakin  ötən günlərdə cütlüyün vəkil tutduqları  məlum olub.  

Onların ayrılmasına səbəb  kimi, Hakan Başın Bensuya xəyanət  etməsi  olub.  Bununla yanaşı, Bensunun da gecə  məkanların birində  "Cam tavanlar" serialında baş rol həmkarı  Kubilay Aka ilə səmimi görüntüləri  yayılmışdı.