UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura start verilib.

Unikal.org xəbər verir ki, C qrupunda Türkiyənin turnirdəki yeganə təmsilçisi “Beşiktaş” Niderlandda “Ayaks”la üz-üzə gəlib.

Görüş Amsterdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində qolları 17-ci dəqiqədə Stiven Bergeys, 43-cü dəqiqədə isə Sebastyen Allye vurublar.