Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov 28 sentyabr 2021-ci il tarixində Türkiyə Respublikasının Yunus Emre İnstitutunun Bakı təmsilçiliyinin rəhbəri Səlçuk Karakılıçla görüşüb.

Universitetdən Unikal.org-a verilən məlumata görə, Bakı təmsilçiliyi rəhbərinin ATMU-ya ziyarətindən razı qaldığını deyən rektor İlham Mədətov ölkələrimiz arasında qardaşlıq və dostluq əlaqələrinin dinamik inkişafından məmnunluğunu bildirib. Söhbət əsnasında Azərbaycan Turizm və Menecment Universitetinin inkişaf strategiyası, hədəfləri, xarici əlaqələri, turizm istiqamətli təşkilatlarla qarşılıqlı əməkdaşlıq münasibətləri və sair barədə məlumat verilib. Məlum görüşdə ATMU və Türkiyə Respublikasının təhsil və turizm sahəsində uyğun təşkilatlarla əlaqələrinin daha da gücləndirilməsi nəzərdən keçirilib. Hər iki ölkədə turizmin müasir vəziyyəti, inkişaf istiqamətləri və mövcud problemlərə münasibət bildirilib.