Göygöl rayonunda 25 yaşlı gənc bıçaqlanıb.

Unikal.org xəbər verir ki, hadisə Toğanalı kəndində qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü R.Nəbiyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaq xəsarətləri aldığı hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.