Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin inşası davam etdirilir. 

Unikal.org xəbər verir ki, "AAY" dövlət agentliyi tuneldə işlərin necə aparıldığını görüntüləyib. 

Bildirilib ki, tunelin bəzi hissələrində texnikaların və canlı qüvvənin yara bilmədiyi sərt qayalar partladılır. İşlər elə aparılır ki, nə dağ, nə də tunel sözügedən partlayışdan zərər görür.