Süleyman Dəmirəl xəstəxanalıq oldu
Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl xəstəxanaya yerləşdirilib.

“Hürriyet” qəzetinin verdiyi məlumata görə, yuxarı tənəffüs yollarında problem olan Süleyman Dəmirəlin müalicəsinə başlanılıb.

Süleyman Dəmirəlin şəxsi həkimi Aylin Cesur deyib ki, sabiq prezidentin durumu yaxşıdır. O, həkimlərin hər ehtimala qarşı Süleyman Dəmirəlin müalicəsinin xəstəxanada davam etdirməsinə qərar verdiklərini bildirib.