Rusiyalı məşhur aparıcı Kseniya Sobçak avtomobil qəzasına düşüb.

Unikal.org  xəbər verir ki, Sobçak və komandasının olduğu “Mercedes” markalı avtobus “Volkswagen”lə toqquşub. Hadisə  nəticəsində  bir nəfər qadın ölüb. Əraziyə  xilasetmə  qüvvələri  cəlb olunub. 

Sobçakın konsertlərdən birinə aparıcılıq etmək üçün Soçidə olduğu bildirilir.