Azərbaycan  əsilli  aktrisa Nəsrin Cavadzadənin yeni layihəsi bəlli olub.

Unikal.org xəbər verir ki, aktrisa “Show” TV-də yayımlanacaq “Üç Kuruş” serialında baş rollardan birini canlandıracaq. 

Nəsrin ekran işində mafiya liderinin qızı və digər baş rollar ifaçısı Uraz Kaygılaroğlunun sevgilisi olan Bahar obrazına həyat verəcək. 

Qeyd edək ki, serialda aktyorlar Uraz Kaygılaroğlu, Ekin Koç, Diren Polatoğulları, Civan Canova kimi bir tanınmış adlar yer alır.