Sonuncu dəfə 11 il əvvəl “Aşkı-ı Memnu” serialında birlikdə rol alan aktyor Kıvanç Tatlıtuğ və aktrisa Beren Saat eyni layihədə yer alacaqlar.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhurlar “Kral kaybederse” adlı ekran işində baş rolları paylaşacaqlar.

Serial türkiyəli yazıçı və psixoloq Gülseren Budayıcıoğlu kitablarından birinin motivləri əsasında lentə alınacaq.

Məşhur aktyorların ekran işində hansı obrazı canlandıracaqları isə hələlik bəlli deyil.