"Hazırda Ermənistanda saxlanılan Azərbaycan vətəndaşı yoxdur. Bu səbəbdən qurum həmin ölkədə münaqişə ilə bağlı başçəkmələr həyata keçirmir".

Unikal.org-un məlumatına görə, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

İ. Hüseynova bildirib ki, ikin düşən şəxslərin ailələrindən daxil olan məlumatlar əsasında axtarış sorğuları toplanılıb, işlənilib və aidiyyəti qurumlarla bölüşülüb.

O, bu ilin yanvar-iyun ayları ərzində 14 "Qızıl Xaç məktubu"nun xarici ölkələrdə qalmış şəxslərə və onların Azərbaycandakı qohumlarına verildiyini bildirib.