Qüdsdə elektron mağazaların birində yəhudi gənc şiddətə məruz qalıb.  

Unikal.org xəbər verir ki, bununla bağlı video insanların haqlı narazılığına səbəb olub. Belə ki, gənc oğlan telefon almaq üçün girdiyi mağazada Ortodoks Yəhudi olan kişi tərəfindən hücuma məruz qalıb. Daha sonra mağazaya daxil olanlar onları sakitləşdirmək əvəzinə, gənci  döyüblər. 

Həmin anlar kameralara əks olunub. 

Bildirək ki,  Ortodoks Yəhudilər öz ardıcıllarına telefon, televizor və kompüter kimi müasir texnologiyaları əldə etməyi qadağan edir.