Nepalın şimal-qərbində sərnişin avtobusu dağ yolunda uçuruma düşüb.  

Unikal.org xəbər verir ki, qəza nəticəsində 32 nəfər ölüb. Çox  sayda yaralının olduğu bildirilir. Əraziyə xilasetmə qrupları sövq edilib. 

Sərnişinlərin  Hindistandakı festivaldan qayıtdığı  bildirilib. 

Qəza ilə bağlı araşdırmalar başlanılıb.