Tədqiqatlara əsasən, üçüncü doza immuniteti 5-10 dəfə gücləndirir. Səhiyyə Nazirliyi də hər 2 doza vaksin almış risk qrupuna daxil olan vətəndaşları, xroniki xəstəliyi olanları, bütün tibb işçilərini və yaşı 50-dən yuxarı olan əhalini üçüncü doza ilə peyvəndlənməyə çağırır.

Unikal.org-un məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

T.Eyvazov bildirib ki, payız-qış mövsümü respirator xəstəliklərin, o cümlədən COVID-19-un yayılması üçün əlverişli dövrdür: “Hazırda hakim mövqe tutan “delta” ştamı mövcud vaksinlərdən yayınma qabiliyyətinə malikdir. Ona görə də risk qruplarının orqanizmlərini bir qədər gücləndirmələri tələb olunur. Üçüncü doza isə həmin kateqoriyadan olanların daha etibarlı qorunmasına kömək edəcək”.