Rusiyada yaşayan məşhur azərbaycanlı videobloqer Hüseyn Həsənovun yaşadığı mənzilin qiyməti açılanıb. 

Unikal.org  xəbər verir ki, bu barədə “StarHit” nəşrində yazılıb. Nəşrin məlumatına görə, mənzil video blogerə 1 milyon dollara (1,7 milyon AZN) başa gəlib.

Belə ki, 130 kv.m-lik mənzil Rusiyanın paytaxtında Moskva-Siti biznes rayonunda premium-klass yaşayış kompleksində yerləşir.

Dizaynı hələlik olduğu kimi saxlanılan evdə – taxtaya bənzər laminat döşəmə, “whitebox” işıqlı divarlar, kiçik çilçıraqları olan tavan, iki vanna otağı, həmçinin bar və bütün qarnituru olan mətbəx: dolablar, soyuducu, qabyuyan maşın və santexnika qurğuları var.