Oktyabrın 18-dən 24-dək Yaponiyanın Kitakyuşu şəhərində idman gimnastikası üzrə dünya çempionatı keçiriləcək.

Unikal.org xəbər verir ki, millimizin dünya çempionatı üçün heyəti açıqlanıb.

Bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat verib ki, çempionatda ölkəmizi İvan Tixonov, Samirə Qəhrəmanova və Milana Minakovskaya təmsil edəcəklər.

Qeyd edək ki, turnirdə 59 ölkədən 239 kişi və 154 qadın gimnast birincilik uğrunda mübarizə aparacaq.

Ağarza Elçinoğlu