Ukraynanın "Rux" klubunda koronavirusa kütləvi yoluxma qeydə alınıb. 

Unikal.org xəbər verir ki, əsas komandanın 11 futbolçusunun testi müsbət nəticələnib. 

İnfeksiya aşkarlanmış şəxslər karantinə alınıb. Bu səbəbdən "İnqulets"ə qarşı Premyer Liqanın XI tur matçı təxirə salınıb.

Qeyd edək ki, "İnqulets" - "Rux" matçı oktyabrın 17-də keçirilməli idi.