Bakı şəhəri, Nərimanov rayonunda baş verən yanğınla əlaqədar metronun “Nəriman Nərimanov” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.

Bu barədə Unikal.org Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, bu gün Bakının Nərimanov rayonunda, “Metro City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğınla əlaqədar bir neçə küçəyə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulmuşdu. Bununla əlaqədar 5, 24, M8 və 202 nömrəli müntəzəm marşrut xətlərin hərəkət istiqamətində bəzi dəyişiklər olunmuşdu.