Tarif (Qiymət) Şurasının bu gün keçirilmiş növbəti iclasında qurumun “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə”  qərarına dəyişiklik olunub.

Unikal.org-un əldə etdiyi məlumata görə, bundan sonra elektrik enerjisinin 1 kVt/saat-nın aşağı qiyməti 1 qəpik, yuxarı isə 2 qəpik bahalaşıb. 

Dəyişikliyə əsasən Əhali kateqoriyası üzrə mövcud olan tarif differensasiyası (300 kVts-dək və 300 kVts-dan çox) dəyişdirilərək yeni diferensasiya tətbiq edilir. Əhali üzrə tariflər istehlakı 200 kVts-dək olan abonentlər üçün 8 qəpik/kVts, 200 kVts – 300 kVts arası (300 kVts daxil olmaqla) 9 qəpik/kVts, 300 kVts-dan yuxarı isə 13 qəpik/kVts müəyyənləşdirilir.

Hazırda əhali üzrə tariflər aylıq istehlakı 300 kVts-dək olan hissə üzrə 7 qəpik, 300-dən yuxarı hissə üzrə isə 11 qəpik təşkil edir. Yeni diferensiasiya sosial cəhətdən aztəminatlı ailələr üçün güzəştli tarif siyasətini qoruyub saxlamış olur; Yeni tariflərin 4 nəfərdən ibarət bir ailənin elektrik enerjisi ödəmələri üzrə aylıq istehlak səbətinə təsiri 2,05 manat həddində proqnozlaşdırılır.

Orxan Həsənli