Əfqanıstanın şimal-şərqindəki Baqlan əyalətində yenidən Milli Müqavimət Cəbhəsi döyüşçüləri ilə "Taliban" qüvvələri arasında silahlı toqquşmalar başlayıb.

Unikal.org bu barədə Əfqanıstan İslam Agentliyinə istinadən xəbər verir.

Toqquşmalarda azı 7 vəzifəli şəxs öldürülüb.

Agentliyin məlumatına görə, ölənlər arasında Federal Vergi Xidmətinin iki komandiri də var.

Hadisənin digər təfərrüatları hələ açıqlanmayıb.