"Sabah" klubu evdə "Qarabağ"a qarşı keçirdiyi Azərbaycan Premyer Liqasının VII tur oyununda azlıqda qalıb.

Unikal.org xəbər verir ki, 27-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Xulio Sezar Rodriges qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Paraqvaylı hücumçu ayağı ilə Ağdam təmsilçisinin qapıçısı Şahruddin Məhəmmədəliyevə zərbə endirdiyi üçün meydandan qovulub.

Qeyd edək ki, hazırda matç davam edir və hesab açılmayıb.