“Strateji tərəfdaşımız Azərbaycanı Müstəqilliyin Bərpasının 30-cu ildönümü münasibətilə ürəkdən təbrik edirəm”.

Unikal.org xəbər verir ki, bunu Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani tvitter hesabında yazıb.

“Dost Azərbaycan xalqına uğurlar və firavanlıq arzulayıram”, - XİN başçısı bildirib.