"Bu bir faktdır ki, artıq bizim dövlətimiz yoxdur. Ermənistan sadəcə BMT üzvü olan və Argentina ilə Avstraliya arasındakı əlifba sırasıyla səslənən "ritual detal"dır".

Unikal.org xəbər verir  ki,  bu barədə Ermənistanın "Respublika" partiyasının sədr müavini Armen Aşotyan  yerli mediayaya açıqlamasında  deyib. O,  Ermənistanın çətin dönəmlərdən keçdiyini  açıqlayıb. 

"Dövlətimizin məhv olması təkcə kapitulyasiya ilə bağlı deyildi. Səbəb daha dərindir. Dövlətlər millətlər tərəfindən yaradılır. İndi Ermənistan respublika kimi ona görə mövcud deyil ki, erməni xalqı da yoxdur. Paşinyanın məğlub imici Ermənistanı alçaldır. Bir sözlə, ermənilər artıq siyasi varlıq deyil, belə sürətli məhv olma ilə tezliklə "Qırmızı Kitab"da yer alacaq bir etnoqrafik alt növ olacaqlar. Dövlətçilik də qalmayacaq, çünki onu yaradan insanlar yoxa çıxırlar".