Əfqanıstanda partlayış baş verib.

Unikal.org xəbər verir ki, hadisə Nanqarhar əyalətinin paytaxtı Cəlalabad şəhərində qeydə alınıb.

Bildirilib ki, uzaqdan idarə olunan partlayıcı qurğu işə salınıb. Nəticədə 2 dinc sakin xəstəxanaya yerləşdirilib.

“Taliban” üzvləri arasında ölən və yaralananların olması barədə hələlik məlumat yoxdur.